Amerikalı aktrisa Pamela Anderson Academy Museum Gala gecəsində fərqli obrazı ilə diqqət çəkib.

Dergi.az xəbər verir ki, Pamela Anderson tədbir üçün Carolina Herrera brendinin 2027-ci il yaz kolleksiyasından uzun ağ köynək və şəffaf şifon yubka seçib. Yubka yüksək belli və bəzəkli bantla tamamlanıb. Aktrisanın əlində isə açıq yaşıl rəngli atlas əl çantası olub.

Pamela Andersonun saçları da vintaj Hollivud stilində qıvrımlı idi və makiyajı isə onun məşhur “təbiilik” üslubunda olub.

Daily Mail nəşri Andersonun bu geyimini “axşamın ən pis geyinənlər” siyahısına daxil edib və “qəribə” adlandırıb, lakin WWD və digər moda nəşrləri bu obrazı “təmiz yaz” və “yüngül” kimi dəyərləndirib.