Rusiyanın məşhur müğənnisi Alla Puqaçovanın Kiprdə çəkilən yeni fotoları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Dergi.az xarici mediaya istinadən xəbər verir ki, 77 yaşlı sənətçi qızı Liza ilə birlikdə Limassolda Modern Talking qrupunun solisti Tomas Andersin konsertinə qatılıb. Ana və qız konsert zamanı rəqs edib, mahnılara qoşulublar.

Konsertdən sonra Puqaçova və qızı Tomas Anderslə görüşüb. Almaniyalı müğənni görüşdən çəkilən fotoları sosial şəbəkə hesabında paylaşaraq sənətçi ilə görüşdən qürur duyduğunu bildirib.

Anders paylaşımında Puqaçovanı son 50 ilin Şərqi Avropadakı ən önəmli sənətçilərindən biri adlandırıb və ona təşəkkür edib.

Lakin fotoların paylaşılmasından sonra diqqət konsertdən çox Puqaçovanın görünüşünə yönəlib. Bəzi izləyicilər sənətçinin üzündə ciddi filtr və ya foto-redaktə izlərinin olduğunu iddia ediblər.

Şərhlərdə “Filtrlər yalnız Alla Borisovnaya çatıb”, “Burnu hara yoxa çıxıb?” və “Üzünün yarısını pozublar” kimi reaksiyalar yazılıb.

Qeyd edək ki, Puqaçova bu yaxınlarda Latviyada olub, daha sonra Kiprə qayıdıb. Sənətçinin bir müddət əvvəl keçirdiyi bədbəxt hadisədən sonra uzun müddət yataq rejimində qaldığı da bildirilir.