Amerikalı aktyor Riçard Gir qırmızı xalçada özünəməxsus tərzi ilə diqqət çəkir. Aktyor klassik kostyumlar, zərif smokinlər və diqqətlə seçilmiş aksesuarlarla tanınır.
Dergi.az xəbər verir ki, 2013-cü il Qızıl Qlobus Mükafatlarında Riçard Gir Giorgio Armani kostyumunda iştirak edib. O, həmin il Oskar Mükafatlarında da zərif geyimi ilə seçilib.
2024-cü ildə Riçard Gir Avropanın nüfuzlu film festivallarında iştirak edib. Sürix Film Festivalında “Wisdom of Happiness” sənədli filminin premyerasında gözəl bir smokinlə görünüb.
Venesiya Beynəlxalq Film Festivalında “Wolfs” filminin premyerasında ənənəvi smokin geyinən Gir, Kann Film Festivalında “Oh, Canada” filminin premyerasında qara kostyum və ağ köynək seçib.
Riçard Gir Nyu-Yorkda “The Agency” filminin premyerasında həyat yoldaşı Alejandra Silva ilə iştirak edib. Onların geyimləri və davranışları diqqət çəkib.
