Türkiyəli aktyor Selahattin Paşalı və həyat yoldaşı Lara Paşalı münasibətlərində yaranan problemləri aradan qaldırıb.

Dergi.az xəbər verir ki, “Masumiyet Müzesi” serialında tərəf müqabili ilə yaxınlaşdığı iddiaları səbəbindən evliliyində böhran yaşayan Paşalı, sosial media hesablarında həyat yoldaşı ilə birlikdə paylaşım edərək münasibətlərini düzəltdiyini göstərib.

Lara Paşalı son günlər çəkdiyi şəkilləri sosial media hesabında yayımlayıb. Bu şəkillər arasında həyat yoldaşı Selahattin Paşalı ilə birgə çəkilmiş foto da yer alıb.

Məşhur cütlüyün evliliyini bərpa etməsi izləyicilər tərəfindən müsbət qarşılanıb və onlara çoxsaylı rəylər yazılıb.