Türkiyəli aktrisa Pınar Deniz və aktyor Selahattin Paşalı “Şapkacı Kadınlar” serialının tanıtımı üçün Cannes Mipcom sərgisində iştirak edəcək.
Dergi.az xəbər verir ki, O3 Medya tərəfindən hazırlanan və “The Hatmaker” adı ilə beynəlxalq bazarda təqdim ediləcək serialın ilk afişası yayımlanıb. Serialın çəkilişlərinə noyabr ayında başlanması planlaşdırılır.
Rejissor Ömür Atayın rəhbərlik etdiyi, ssenarisi Şükrü Necati Şahin tərəfindən yazılan serialda Pınar Deniz kəndli qadın Ayşənin moda ikonuna çevrilmə hekayəsini canlandıracaq. Selahattin Paşalı isə Rıza obrazı ilə baş rolu paylaşacaq.
Serialın tanıtımı üçün hazırlanan ilk afişanın yayımlanması həm yerli, həm də beynəlxalq izləyicilərin diqqətini cəlb edib. Serialın çəkilişlərinin başlanması böyük maraqla gözlənilir.
