Məşhur müğənni Selin Dionun görünüşündən ilhamlanaraq hazırlanan yeni Barbie kuklası təqdim edilib.

Dergi.az xəbər verir ki, kuklanın boynunu “Titanik” filmindən tanınan boyunbağının miniatür versiyası bəzəyib.

Selin Dion açıqlamasında “Barbie” irsinə karyerasının ən mənalı anlarından ilhamlanan kukla ilə qoşulmağın onun üçün böyük şərəf olduğunu bildirib. Müğənni ümid etdiyini qeyd edib ki, bu kukla hər kəsi özünü inamla ifadə etməyə, arzularının ardınca getməyə və öz səsinin gücünə inanmağa ruhlandıracaq.