Türkiyəli məşhur aktyor Serhat Mustafa Kılıç vəfat edib.

Axşam.az xəbər verir ki, 51 yaşlı aktyor İstanbulun Kağıthane bölgəsindəki evində ölü tapılıb.

Təxminən 1-2 gündür heç bir xəbər ala bilməyən Kılıçın sevgilisi tərəfindən evindəki divanda hərəkətsiz halda tapıldığı bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Serhata boyun nahiyəsində disk yırtığı diaqnozu qoyulub. Bu səbəbdən o, “Teşkilat” serialından çəkilməkdən imtina edib.

Serhat “Ezel”, “Çember, “Maraşlı”, “Seksenler”, “Kuruluş Osman”, “Kirli sepeti” kimi bir çox məşhur serialda rol alıb. O, sonuncu dəfə “Mehmed: Fetihler Sultanı” serialında çəkilib.