Türkiyəli müğənni Sıla Gençoğlu İstanbulda verdiyi konsertdə 101 yaşlı nənəsindən böyük sürpriz alıb.

Dergi.az xəbər verir ki, konsert zamanı Sılanın nənəsi səhnəyə çıxaraq nəvəsinə dəstək olub. Bu anlar tamaşaçılar arasında böyük coşqu yaradıb.

Sıla nənəsinin bu sürprizindən çox təsirləndiyini və onunla birlikdə səhnədə olmaqdan məmnunluq duyduğunu bildirib. Konsertdə gülüşlər və emosional anlar yaşanıb.