Amerikalı müğənni Teylor Svift Los-Ancelesdə keçirilən Akademiya Muzeyi Qalasına qatılıb və tədbirdə çıxış edib.
Dergi.az xəbər verir ki, tədbir məşhur aktrisa Çarliz Teron, Kolman Domingo və rejissor Con Karpenterin şərəfinə təşkil edilib. Svift qırmızı xalçada buz mavisi rəngli Dior geyimində görünüb. Bu geyimi onun toyunda da geyindiyi dizayner Conatan Anderson hazırlayıb.
Sviftin geyimi sosial mediada böyük marağa səbəb olub, çünki məşhur cütlük hələ də toy fotolarını paylaşmayıb. Bir pərəstişkar “Bu, toy şəkli deyil, amma mənim Conatan Anderson tərəfindən hazırlanmış xüsusi Dior geyimindəki şəklimdir” deyə şərh yazıb.
Akademiya Muzeyi və Akademiya Kolleksiyasının direktoru Emi Homma açıqlamasında Sviftin çıxışını “möhtəşəm bir gecənin sonu” kimi təsvir edib. Müğənni “Toy Story 5” filminin saundtreki olan “I Knew It, I Knew You” mahnısını ifa edib.
Sviftin bu mahnısı Apple Music və Spotify platformalarında rekordlar qırıb və Oscar namizədliyi üçün güclü namizəd hesab edilir.
