Türkiyənin ATV kanalında yayımlanan NTC Medya istehsalı “Altı Üstü İstanbul” serialı dün axşam on yeddinci seriyası ilə izləyicilərlə görüşüb.
Dergi.az xəbər verir ki, serialda Emirin məhəlləyə qayıdışı sevinc yaradıb, lakin Uzayın qardaşını tapmaq üçün Hikmetlə razılaşması hər kəsi təhlükəyə atıb. Hikmetin son sözləri isə seriyanın təsirli finalına damğa vurub.
“Altı Üstü İstanbul” aldığı izlənmə reytinqləri ilə bazar ertəsi axşamının ən çox izlənilən yapımı olub.
