Türkiyəli aktrisa Nehir Erdoğan və aktyor İlker Aksum illər sonra yeni bir serialda bir araya gəliblər.
Dergi.az xəbər verir ki, “Altı Üstü İstanbul” adlanan serialda Nehir Erdoğan Zehra Cankaya adlı ana rolunu canlandırır. O, evladını itirmiş və ailəsini ayaqda tutmağa çalışan bir qadındır. İlker Aksum isə Bayram Cankaya rolunda, futbolçu olma arzuları yarım qalmış və məhəllədə kebapçılıqla məşğul olan hiyləgər bir kişini canlandırır.
“Yabancı Damat” serialında enişte və baldız rollarını oynayan bu iki məşhur, yeni layihədə daha sıx əməkdaşlıq edirlər.
“Yabancı Damat” 2004-2007-ci illərdə yayımlanmış və həm Türkiyədə, həm də Yunanıstanda böyük maraqla izlənilmişdi. Serialda Nehir Erdoğan Nazlı, İlker Aksum isə Ruşen rollarını canlandırmışdı.
