Türkiyəli aktrisa Nehir Erdoğan “Yabancı Damat” serialında canlandırdığı Nazlı obrazı ilə tanınır. Bu dəfə aktrisa ekranlardakı performansı ilə yox, şəxsi həyatı ilə bağlı açıqlamaları ilə gündəmə gəlib.
Dergi.az xəbər verir ki, Nehir Erdoğan görüntü rejissoru Ahmet Sesigürgil ilə iki illik evliliyini illər sonra dəyərləndirib. Aktrisa bu evliliyi yaxşı bir dostluğu evliliyə çevirməkdəki ən böyük yanılgı kimi görür.
Nehir Erdoğan və Ahmet Sesigürgil 2014-cü ildə “Silsile” filminin çəkiliş meydançasında tanış olublar və elə həmin il evləniblər. Lakin 2016-cı ildə yollarını ayırıblar.
Aktrisa Saba Tümerin proqramında bu qərarın arxa planına dair maraqlı açıqlamalar verib. O, ailəsinin evliliklə bağlı gözləntilərinin qərarına təsir etdiyini bildirib.
Aktrisanın sözlərinə görə, Ahmet Sesigürgil ilə çox yaxşı dost olmaları lazım idi, lakin yanlışlıqla evləniblər. İki illik evliliyini qiymətləndirərkən bəzən evlənib-evlənmədiyini belə sorğuladığını deyib.
Nehir Erdoğan keçmiş həyat yoldaşı Ahmet Sesigürgilin uğurlu layihələrini gördükcə evliliklərini xatırladığını bildirib.
