Hollivudun məşhur aktrisası Ancelina Coli Los Ancelesdə yerləşən malikanəsini 24,75 milyon dollara satıb.
Dergi.az xəbər verir ki, bu malikanə kino tarixinin əfsanəvi rejissoru Sesil B. DeMill tərəfindən 1916-cı ildə 28 min dollara alınıb. DeMill daha sonra qonşu evdə yaşayan Çarli Çaplinin evini də alaraq iki mülkü birləşdirib.
Ancelina Coli isə Bred Pittdən ayrıldıqdan sonra, 2017-ci ildə bu evə köçmüşdü. Malikanə 6 yataq otağı və 10 hamamı ilə tanınır.
