Türkiyəli stilist və moda dizayneri Başak Dizer “Organize İşler: Karun Hazinesi” filminin qala gecəsində diqqət çəkib.
Dergi.az xəbər verir ki, Dizerin gecədəki ən diqqətçəkən aksessuarı 116 min TL dəyərində olan enginar görünümlü lüks çantası olub. Bu çanta qısa müddətdə sosial mediada geniş müzakirə mövzusuna çevrilib.
Başak Dizerin sadə və zərif tərzi ilə uyğunlaşdırdığı bu çanta moda dünyasında “statement piece” (ifade parça) olaraq adlandırılır. Çanta məşhur moda markalarının kolleksiyasından seçilib və qeyri-adi dizaynı ilə fərqlənir.
Başak Dizerin bu seçimi moda həvəskarları tərəfindən böyük bəyənmə ilə qarşılanıb.
