Beyazıt Öztürkün təqdimatında “Beyaz’la Joker” adlı yeni layihə artıq cümə axşamları tamaşaçı qarşısına çıxacaq.
Dergi.az xəbər verir ki, məşhur şoumen hər bölümündə müxtəlif iştirakçılarla həm əylənəcək, həm də yarışacaq. Layihənin böyük mükafatı 3 milyon TL-dir.
Proqramın ilk iştirakçısı türkolog Ayça Akçay olacaq. O, özünəinamı və edəbiyyatla bağlı suallara verdiyi cavablarla tamaşaçıların diqqətini çəkəcək.
Ardınca, idman anonsçusu Oğulcan Berk yarışacaq. O, hər sualda biliklərini nümayiş etdirəcək və idmançı xarakteri ilə Beyazın və tamaşaçıların rəğbətini qazanacaq.
Bölümün digər iştirakçısı Gözen Durmuş isə psixoloji bilikləri ilə tamaşaçıların qəlbini fəth edəcək.
Gecənin bağlanışı Yiğit Efe Öztürk ilə olacaq. Onun heyvanlara olan sevgisi və suallara verdiyi məntiqli cavablar onu böyük mükafata yaxınlaşdıracaq.
