Türkiyəli məşhur şoumen Beyazıt Öztürk “Beyaz’la Joker” adlı yeni yarışma proqramı ilə tamaşaçıların qarşısına çıxacaq. Veriliş artıq cümə axşamları yayımlanacaq.
Dergi.az xəbər verir ki, 3 milyon TL böyük mükafatı olan proqramda hər bölüm fərqli iştirakçılarla həm əyləncə, həm də yarış təmin edilir. İlk yarışmacı Türkoloq Ayça Akçay olacaq və o, özünə inamı və bilikləri ilə diqqət çəkəcək.
Ayça Akçaydan sonra spor anonsçusu Oğulcan Berk yarışacaq. O, hər bir sual basamağında biliklərini nümayiş etdirəcək və idmançı şəxsiyyəti ilə Beyazın və tamaşaçıların rəğbətini qazanacaq.
Proqramın digər iştirakçısı Gözen Durmuş, psixologiya məzunu olaraq suallara cavab verərkən tamaşaçıların qəlbini qazanacaq. Şəxsi həyat hekayələri ilə həm güldürəcək, həm də duyğulandıracaq.
Gecənin son iştirakçısı Yiğit Efe Öztürk olacaq. O, heyvanlara qarşı həssaslığı ilə tamaşaçıların rəğbətini qazanacaq və məntiqi düşüncəsi ilə böyük mükafata doğru irəliləyəcək.
“Beyaz’la Joker” proqramının yeni bölümü bu axşam saat 20:00-da Kanal D-də yayımlanacaq.
