Türkiyəli aktrisa Biran Damla Yılmaz keçmiş rol yoldaşı Aybüke Pusatı izləmədən çıxarıb.

Dergi.az xəbər verir ki, Yılmaz hazırda keçmiş sevgilisi Abdurrahman Aydın ilə məhkəməlik olduğu bir vaxtda bu addımı atıb. Onların arasında anlaşılmazlıq bir müddətdir davam edir.

Bildirilir ki, Abdurrahman Aydın aktrisanın Almaniyada etdirdiyi estetik əməliyyatın ödənişini etmədiyini iddia edərək prokurorluğa şikayət edib.