Biran Damla Yılmaz, Türkiyəli tanınmış aktrisa, Almaniyada maraqlı bir hüquqi məsələnin mərkəzindədir. Aktrisaya botoks, dolğu və lazer prosedurlarından yaranan borclara görə 6 aylıq həbs cəzası verilib.

Dergi.az xəbər verir ki, Yılmazın keçmiş sevgilisi Abdurrahman Aydın bu prosedurlar üçün zamin göstərilib. Ödənişlər edilmədikdən sonra icra prosesi başladılıb və borcun böyük hissəsi Aydından tutulub. Aydın isə sənədləri Hamburq Türk Konsulluğuna təqdim edərək məhkəmə prosesinə başlamağa məcbur olub.

Yılmazın hüquqi problemləri davam edərkən, o, “Halef: Köklerin Çağrısı” serialında “Yıldız” obrazını canlandırmağa davam edir. Aktrisanın bu vəziyyəti, onun peşəkar fəaliyyətinə necə təsir edəcəyi maraqla gözlənilir.