Türkiyəli aktrisa Biran Damla Yılmaz haqqında Almaniyada həbs cəzası aldığına dair yayılan iddialar gündəmə gəlib.

Dergi.az xəbər verir ki, iddialara əsasən, aktrisa Almaniyada bir sıra estetik əməliyyatlardan sonra 285 min TL-lik ödənişi etməyib və bu səbəbdən 6 ay müddətinə həbs cəzasına məhkum edilib.

Biran Damla Yılmaz isə sosial media hesabından açıqlama yayaraq bu məlumatları qəti şəkildə təkzib edib. Aktrisa Almaniyadakı hüquqi nümayəndəsi, vəkil Onur Can Yağbasan vasitəsilə hazırlanan sənədləri də paylaşaraq iddialara aydınlıq gətirib.

Açıqlamada Yılmaz barəsində Almaniyada hər hansı həbs qərarının olmadığı bildirilib. Hüquq komandası məsələ ilə bağlı nə məhkəmə qərarının, nə də xəbərlərdə qeyd olunan dosye nömrəsinin mövcud olduğunu vurğulayıb.

Yılmazın nümayəndələri yayılan sənədlərin də həqiqəti əks etdirmədiyini açıqlayıblar.

Hüquq komandası ictimaiyyəti təsdiqlənməmiş məlumatlara inanmamağa çağırıb və aktrisa haqqında əsassız xəbərlərin yayılmamasını istəyib.