Böyük Britaniyalı komediya ustası Bob Mortimerin debüt romanı “The Satsuma Complex” Disney+ üçün seriala çevrilir.
Dergi.az xəbər verir ki, serialın istehsalı ilə Quay Street prodüseri məşğul olacaq. Bu şirkət əvvəllər də Disney+ üçün “Stolen Girl” adlı serial hazırlayıb.
“The Satsuma Complex” romanı Cənubi Londonda yaşayan və həyatında gözlənilməz dəyişikliklər baş verən hüquq köməkçisi Qari Tornun hekayəsini izah edir. Qari yerli pabda həmkarı Brendan ilə içki içərkən sirli bir qadınla qısa, lakin təsirli bir söhbət edir. Qadın qəfil yoxa çıxır və onun kimliyini müəyyənləşdirmək üçün yalnız “The Satsuma Complex” adlı kitabı geridə qoyur.
Bob Mortimer serialın yaradılması, yazılması və icraçı prodüseri olacaq. O, xəbəri “Disney+ və Quay Street Productions tərəfindən Qari və dostlarının həyatının canlandırılmasından böyük məmnunluq duyuram” sözləri ilə şərh edib.
Quay Street-in rəhbəri Nikola Şindler “The Satsuma Complex”i “şübhəsiz Bob Mortimerin əsəri: parlaq dərəcədə gülməli, fərqli və ürək dolu, mərkəzində isə həyəcanverici bir sirr” kimi təsvir edib.
