Türkiyəli aktrisa Dila Danışman “Kızılcık Şerbeti” serialında canlandırdığı “Hilal” obrazı ilə bağlı danışıb.
Dergi.az xəbər verir ki, aktrisa serialın uğurunu izləyicilərin öz həyatlarından bir şeylər tapa bilməsi ilə əlaqələndirib. O, həmçinin serialın davamlı olaraq yenilənən hekayəsinin izləyicilərin marağını canlı tutduğunu bildirib.
Danışman, “Hilal” obrazı ilə oxşar cəhətlərindən danışaraq, onun da sağlam və sakit bir yaşamı, idmanı sevdiyini qeyd edib. Aktrisa rol yoldaşı Barış Kılıç haqqında da müsbət fikirlər səsləndirib.
O, Kılıçla işləməyin həm əyləncəli, həm də praktik olduğunu vurğulayıb və onun təbii və özünəməxsus oyun tərzindən bəhs edib.
