Türkiyəli aktrisa Eda Ece “Yasak Elma” serialındakı Yıldız rolu ilə tanınır və son zamanlar “öpüşmə və açıq səhnə çəkmirəm” açıqlaması ilə gündəmə gəlib.
Dergi.az xəbər verir ki, Eda Ece bu açıqlamanı Fatih Altaylının YouTube proqramında verib. O, evlilik və ana olma prosesindən sonra karyerasındakı seçimlərini və prinsiplərini paylaşaraq, “öpüşmə səhnəsi çəkmirəm, açıq səhnə çəkmirəm, dekolte geyinmirəm” deyib.
Ece, həmçinin fərqli seçimlər edən həmkarlarını tənqid etmədiyini və heç kimlə rəqabət aparmadığını bildirib. O, “Sonunda Sen” filmində Kaan Yıldırımla baş rolu paylaşaraq, öpüşmə və açıq səhnələr olmadan da uğurlu bir sevgi hekayəsi anlatıla biləcəyini vurğulayıb.
Türkiyəli aktrisa Gizem Karaca isə Eda Ecenin bu mövqeyinə dəstək verib. Karaca, Ecenin sözlərini səmimi tapdığını və “Helal olsun, öz duruşunu sərgiləyib” ifadəsini işlədib.
Gizem Karaca, qızı Leyla Yazın doğumundan sonra həyatındakı öncəliklərin dəyişdiyini və ana olmanın rol seçimlərinə təsir edəcəyini bildirib.
