Türkiyəli aktrisa Eda Ece “Tuzlu kahve” serialı ilə məşğul olduğu bu dövrdə sosial mediada paylaşımı ilə diqqət çəkib.

Dergi.az xəbər verir ki, aktrisa 2024-cü ildə doğulan qızı Mina İpeklə çəkilmiş yeni fotolarını Instagram hesabında yayımlayıb və “Kiçik idi, böyüdü” yazısını əlavə edib.

Eda Ece 2023-cü ildə basketbolçu Buğrahan Tunçer ilə ailə həyatı qurub. Cütlük 2024-cü ildə qızları Mina İpeki qucaqlarına alıb. 36 yaşlı aktrisa ailəsi ilə keçirdiyi xüsusi anları sosial mediada paylaşmağa davam edir.

Eda Ecenin Mina İpeklə olan fotoları qısa müddətdə sosial mediada geniş əks-səda doğurub. İzləyicilər “Anasının kopiyası”, “Tam anası” kimi şərhlər yazıblar.