Türkiyəli aktrisa Farah Zeynep Abdullah “Soy” filminin qala gecəsindəki çıxışı ilə diqqət çəkib.
Dergi.az xəbər verir ki, aktrisa filmin nümayişində projektordan pərdəyə yansıyan görüntü keyfiyyətinin zəifliyinə etiraz edib. O, “Korsan siteden izleseydik belki daha kaliteli izlerdik” deyə zarafatla tənqid bildirib.
Farah Zeynep Abdullahın bu sözləri sosial mediada geniş müzakirələrə səbəb olub. Onun öz filmindəki texniki problemlərə belə açıq şəkildə yanaşması izləyicilər tərəfindən bəyənilib.
“Soy” filmi möhtəşəm qala gecəsindən sonra tamaşaçılarla görüş üçün geri sayımı başlatdı.
