Türkiyəli aktrisa Müjde Ar, baş rolunu oynadığı bir çox filmin televiziya kanallarında, sosial media və rəqəmsal platformalarda icazəsiz yayımlandığı iddiası ilə Lav Filmə qarşı açdığı ‘telif haqlarının pozulmasının müəyyən edilməsi’ məhkəmə işini qazandı.
Dergi.az xəbər verir ki, məhkəmə Lav Filmin haqsız istifadələrinin müəyyən edilməsinə qərar verib. Müjde Arın vəkili Bişar Abdi Alınak, məhkəmə qərarı ilə aktrisanın icraçı sənətçi olduğu əsərlərdən doğan hüquqlarının pozulduğunun məhkəmə qarşısında müəyyən edildiyini açıqlayıb.
Bu qərar, illərdir əməkləri ilə kinoya həyat verən sənətçilərin əsərlər üzərindəki hüquqlarının qorunması baxımından dəyərli bir hüquqi qələbədir. Müjde Arın bədii əməyindən doğan hüquqlarını qorumaq məqsədilə apardığımız hüquqi mübarizənin lehinə nəticələnməsindən məmnunluq duyuruq.
