Glastonbury 2027 festivalının əsas iştirakçıları arasında britaniyalı müğənni Harry Styles, amerikalı müğənni Billie Eilish və amerikalı müğənni Cher var.
Dergi.az xəbər verir ki, festivalın təşkilatçıları bu məlumatı Instagram hesabında paylaşdıqları poster vasitəsilə təsdiqləyiblər. Postda “Glastonbury Festival 2027-nin ilk iştirakçı siyahısı budur. Daha çox iştirakçı və atraksiyalar hələ elan ediləcək” qeyd olunub.
Siyahıda Sam Fender, Massive Attack, Little Simz, Chase & Status, The xx, Lily Allen, Ezra Collective, Kraftwerk və daha bir çox məşhur sənətçi yer alıb.
Festivalın tam iştirakçı siyahısı və əlavə atraksiyalar yaxın vaxtlarda açıqlanacaq.
