Rusiyalı bloger İda Qaliç doğumdan bir il sonra bədənini nümayiş etdirib.

Dergi.az xəbər verir ki, İda Qaliç teleqram kanalında paylaşdığı görüntülərdə qarın əzələlərini və qollarını göstərib. O, gündəlik idman məşqlərinin nəticə verdiyini bildirib. “Dostlar, gündəlik idman nəhayət ki, nəticə verməyə başladı. Baldırlar yığılır, qarın əzələləri işləyir. Amma qollar üzərində hələ çox işləmək lazımdır. Bir il əvvəl hamilə olduğumu nəzərə alsaq, bu, kifayət qədər yaxşıdır”, – deyə Qaliç qeyd edib.

Televiziya aparıcısı hər gün idmanla məşğul olduğunu, lakin bu rejimi saxlamağın çətin olduğunu etiraf edib. “Bu gün pijamada məşq etdim, sadəcə beyni aldatdım, çünki güc və istək yoxdur. Bəzən yalnız hiylə və intizamla irəliləyirik”, – deyə o bildirib.

İda Qaliçin iki övladı var. 2020-ci ildə keçmiş əri Alan Basievdən oğlu Leonu dünyaya gətirib. Hazırkı əri Oleq Ledviç ona 2024-cü ilin yanvarında evlilik təklifi edib və cütlük iyul ayında təntənəli şəkildə evlənib.