Çinli müğənni Jane Zhang Şi’an şəhərində verdiyi konsertdə 2 metrdən yıxılıb.

Dergi.az xəbər verir ki, müğənni “Chase World” turnesi çərçivəsində “Secret Love” mahnısını ifa edərkən yüksək platformanın kənarına yaxınlaşıb və tarazlığını itirərək yıxılıb. Hadisə zamanı izləyicilər çığırışıb, lakin Zhang qısa müddət sonra ayağa qalxaraq mahnısını oxumağa davam edib.

O, düşdükdən 20 saniyə sonra səhnəyə dönüb və performansını davam etdirib. Müğənninin biləyində yüngül sıyrıq olduğu bildirilib.

Zhang sosial media hesabından “Narahat olmayın, yaxşıyam” mesajını paylaşıb. Qeyd edək ki, 2015-ci ildə də Pekindəki konsertində oxşar hadisə baş vermişdi.

SOSİAL MEDİA MƏZMUNU