Türkiyəli reper Lvbel C5 adı ilə tanınan Süleyman Burak Bodur “Kahpe” adlı mahnısının sözləri ilə əlaqədar aparılan istintaq çərçivəsində saxlanılıb.
Dergi.az xəbər verir ki, prokurorluq Boduru ifadəsindən sonra həbs tələbi ilə məhkəməyə göndərib.
Lakin məhkəmə həbs tələbinə rədd cavabı verib və Bodura ölkədən çıxış qadağası, müəyyən günlərdə imza atma və Türk ədəbiyyatına dair təhsil alma şərtlərini əhatə edən məhkəmə nəzarəti qərarı çıxarıb.
