Xalq artisti Mehriban Zəki uşaqlıq fotosunu süni intellektlə hazırlayaraq izləyiciləri ilə bölüşüb.
Dergi.az xəbər verir ki, aktrisa sosial şəbəkə hesabında arxiv fotosunu yayımlayaraq uşaqlıq xatirələrini bölüşüb.
Mehriban Zəki paylaşımında uşaqlıq illərinə aid xatirələrini izah edərək, babasının işlədiyi yelləncəklər parkında çəkilmiş bir foto haqqında danışıb. Aktrisa, bacısının onu şəkil çəkdirməyə necə apardığını və həmin fotonun çəkilmə anını təsvir edib.
O, həmçinin süni intellekt vasitəsilə həmin uşaqlıq fotosunu yenidən hazırladığını qeyd edib və izləyicilərinə hansı versiyanın daha gözəl olduğunu soruşub.
