“Mən daha müəllimlik fəaliyyətinə son qoymuşam. Çünki bizim ali musiqi məktəblərinin diplomları yalnız şadlıq evlərində işləyir”.
Bu sözləri Teymur Əmrah “7 tamam” verilişində deyib.
O, mədəniyyət sahəsindəki ali məktəblərdən narazılığını ifadə edib:
“Mən daha müəllimlik fəaliyyətinə son qoymuşam. Çünki bizim mədəniyyət sahəsinə xidmət edən ali məktəblərin diplomları yalnız şadlıq evlərində işləyir. Ona görə də istəmirəm ki, gələcəkdə bizim haqqımızda məlumat yazılanda, orda qeyd olunmasın ki, bu müğənni filan illərdə “toyxana” üçün kadr yetişdirib. Mən bunu yaşamaq istəmirəm. İndiyə qədər olan beş tələbəmin hər biri sənətkardır. Xalq artisti olan var, qızıl kitaba adı salınan var. Bundan sonra nə olacaq bilmirəm amma Allah şəfa versin”.
Azxeber.com
Şərhlər