Avstraliyalı aktrisa Nikole Kidman, alman supermodeli Klaudiya Şiffer, amerikalı müğənni Kristina Aquilera və amerikalı aktyor Timoti Şalame Avropada keçirdikləri tətil fotolarını sosial mediada paylaşıblar.
Dergi.az xəbər verir ki, 59 yaşlı Kidman Portofinoda bacısı ilə vaxt keçirib. 45 yaşlı Aquilera isə şampanla su gəzintisi təşkil edib. 56 yaşlı Şiffer Yunanıstanın sahillərində bikinidə çəkilən fotosunu yayımlayıb. 30 yaşlı Şalame isə İtaliyada Dolomit Alplarında atası ilə yürüyüş edib.
Bundan əlavə, 29 yaşlı keçmiş model Tine Kunaki Monakoda tətil edib.
