İspaniyalı müğənni Rosalía “Saturday Night Live” proqramında balet mövqeyində ifa edib.

Dergi.az xəbər verir ki, ilk nömrəsi “Reliquia” zamanı müğənni səhnədə dörd dəqiqə ərzində en pointe mövqeyində dayandı. Onun bu performansı sosial mediada geniş müzakirə olunub.

İkinci ifası “Magnolias”da isə Rosalía səhnədə yağan yağış altında mahnısını səsləndirib. Bu zaman müğənninin ağ geyimi islanaraq şəffaflaşıb.

Rosalía-nın “Lux” turunda nümayiş etdirdiyi balet bacarığı, onun bu cür çətin mövqeləri təbii şəkildə icra edə biləcəyini göstərib.

Performansın sonunda “Reliquia” mahnısında Rosalía-ya on iki rəqqas qoşulub.

XƏBƏRİN VİDEOSU