İspaniyalı müğənni Rosalía Las Veqasda keçirilən 27-ci Latin Grammy mükafatlarının böyük qalibi olub.

Dergi.az xəbər verir ki, müğənni “Lux” albomu ilə İlin Albomu mükafatını qazanıb. Bu, onun “El Mal Querer” (2018) və “Motomami” (2022) albomlarından sonra üçüncü qələbəsidir. Rosalía həmçinin “La Perla” mahnısı ilə İlin Mahnısı və Ən Yaxşı Pop Mahnısı, “Lux (Complete Works)” ilə Ən Yaxşı Alternativ Musiqi Albomu və “Sauvignon Blanc” ilə Ən Yaxşı Qısa Musiqi Videosu mükafatlarına layiq görülüb.

Gecənin digər qalibləri arasında CA7RIEL & Paco Amoroso, Milo J və Karol G yer alıb.