Amerikalı aktyor Ross Lynch gizli şəkildə evləndiyini açıqlayıb.
Dergi.az xəbər verir ki, Lynch “Heartland” adlı yeni filminin premyerasında qırmızı xalçada üzüyü ilə diqqət çəkib. Aktyor “People” jurnalına evli olduğunu təsdiqləyib və həyat yoldaşının məşhur olmağı sevmədiyini bildirib.
Ross Lynch əvvəllər “Austin & Ally” uşaq musiqi serialında və “My Friend Dahmer” filmində Ceffri Dahmer rolunda çıxış edib. Aktyorun əvvəllər cazibədar aktrisa Caz Sinkler ilə əlaqəsi olduğu, lakin onların 2023-cü ildə ayrıldığı qeyd olunub.
Ross Lynch həyat yoldaşı haqqında çox məlumat verməsə də, bəzi pərəstişkarları onun 2024-cü ilin dekabrında tanış olduğu Anna adlı bir qadın ola biləcəyini irəli sürüblər.
