Türkiyəli model Sahra Işık keçmiş əri İdris Aybirdinin aktrisa Seray Kaya ilə münasibətini sosial media vasitəsilə elan etməsindən sonra yenidən gündəmə gəlib.

Dergi.az xəbər verir ki, Sahra Işık bağda çəkdiyi videonu Seden Gürelin “Bi Bulsam” mahnısı ilə paylaşaraq diqqət çəkib. Paylaşımın vaxtı izləyicilərin diqqətindən yayınmayıb.

Işık daha əvvəl etdiyi paylaşımlarda yaşadığı təzyiqlərdən bəhs edərək, “Allah var, qəm yox… Kimsədən qorxmuram. Yaşadığım bu təzyiqlərin sona çatmasını arzulayıram. Bunu yaşayan bir çox qadın var, bilirəm. Tək olmadığımı bilirəm” ifadələrini işlətmişdi.

Sahra Işıkın son paylaşımı bu açıqlamalarla birlikdə qiymətləndirildikdə, keçmiş ərinə yönəlik bir mesaj olub-olmadığı sual altındadır. Lakin paylaşımın kime yönəldiyinə dair açıq bir ifadə yoxdur.

İdris Aybirdi isə əvvəlki açıqlamasında Sahra Işıkla evliliklərinin qarşılıqlı hörmət və anlayış çərçivəsində sona çatdığını bildirmişdi. İddiaları qəbul etməyən Aybirdi, xüsusilə oğullarının bu prosesdən təsirlənməməsini istədiyini vurğulamışdı.