Türkiyəli aktyor İdris Aybirdi aktrisa Seray Kaya ilə münasibətini sosial media vasitəsilə rəsmən elan edib.

Dergi.az xəbər verir ki, Aybirdi keçmiş həyat yoldaşı Sahra Işık ilə olan evliliyinin bitməsindən sonra Seray Kaya ilə əlaqədə olduğu barədə iddialara cavab olaraq Instagram hesabında sevgilisi ilə çəkilən romantik foto paylaşıb. O, paylaşımında “Sən çox aşksan, həyatımın dönüş nöqtəsi” ifadəsini yazaraq münasibətlərini təsdiqləyib.

Seray Kaya da daha əvvəl sosial media hesabında ikisinin birlikdə olduğu foto paylaşaraq münasibətlərinə işıq tutmuşdu.

İdris Aybirdi və Sahra Işık 2019-cu ildə evlənmiş, lakin evlilikdəki problemləri həll edə bilməyərək ayrılmaq qərarı almışdılar. Ayrılıq zamanı Sahra Işık İdris Aybirdi ilə Seray Kaya’nın münasibətinin evlilikləri zamanı başladığını iddia etmişdi.

Seray Kaya isə bu iddiaları qəti şəkildə təkzib edib, aralarında heç bir əlaqənin olmadığını bildirmişdi. İndi isə cütlük romantik paylaşımları ilə münasibətlərini ictimaiyyətə açıq şəkildə elan edib.