Türkiyənin SHOW TV kanalında yayımlanan “Sevdan Bir Ateş” serialının setinə xüsusi ziyarət təşkil edilib.
Dergi.az xəbər verir ki, serialın reytinq uğurunu qeyd etmək məqsədilə SHOW TV ailəsi serialın çəkiliş meydançasına baş çəkib. Kapadokyada davam edən çəkilişlər zamanı serialın yaradıcı heyəti ilə görüş keçirilib.
Ziyarətdə rejissor Murat Saraçoğlu və baş rollarda çıxış edən Murat Ünalmış, Özge Özacar, Sitare Akbaş və digər məşhur aktyorlar iştirak ediblər. Görüş zamanı tort kəsilərək layihənin uğurları qeyd olunub.
“Sevdan Bir Ateş” serialı yeni seriyası ilə çərşənbə axşamı saat 20:00-da SHOW TV-də yayımlanacaq.
