Türkiyəli aktrisa Yeşim Gülün həyat yoldaşı Gökhan Suar vəfat edib.
Dergi.az xəbər verir ki, “Sevdan Bir Ateş” serialında “Vuslat” obrazını canlandıran Yeşim Gülün həyat yoldaşı Gökhan Suar bir neçə gün əvvəl xəstələnərək xəstəxanaya yerləşdirilib və reanimasiya şöbəsində entübe edilib. Lakin həkimlərin səylərinə baxmayaraq, Suar xilas edilə bilməyib.
Yeşim Gül acı xəbəri sosial media hesabında paylaşaraq kədərini izləyiciləri ilə bölüşüb.
Gökhan Suarın cənazəsinin bu gün Ankara Karşıyaka Qəbiristanlığında ikindi namazından sonra dəfn ediləcəyi bildirilib.
