Türkiyənin SHOW TV kanalında yayımlanan “Sevdan Bir Ateş” serialının çəkiliş meydançasında reytinq uğuru qeyd edilib.
Dergi.az xəbər verir ki, serial aldığı yüksək reytinq göstəriciləri ilə birincilik mövqeyinə yüksəlib. Serialın baş rol ifaçıları Murat Ünalmış və Özge Özacar çəkiliş meydançasında bu uğuru birlikdə qeyd ediblər.
Serialın reytinq uğuru ilə bağlı sosial mediada paylaşılan foto izləyicilər tərəfindən maraqla qarşılanıb.
