Türkiyəli aktrisa Tuba Büyüküstün “Soy” filminin qalasında iştirak edərək gözəlliyi və zərifliyi ilə diqqət çəkib.
Dergi.az xəbər verir ki, məşhur aktrisa qaladakı şıklığı və sadə, lakin təsirli tərzi ilə sosial mediada böyük maraq doğurub. Tuba Büyüküstün rəsmi Instagram hesabından paylaşdığı fotolarla izləyicilərindən minlərlə tərif dolu şərh alıb.
Tuba Büyüküstün “Soy” filminin qalasında qırmızı xalçada addım atdığı andan etibarən bütün diqqətləri üzərinə çəkib. Onun gala gecəsindəki zərif və şık kombini moda otoritələrindən tam qiymət alıb.
Paylaşımlarında təbii gözəlliyini nümayiş etdirən aktrisa, qısa müddətdə sosial mediyanın gündəminə çevrilib. İzləyiciləri tərəfindən “Türk sinemasının asil kraliçesi” kimi tərifləndirilib.
