Rusiyalı model Vita Sidorkina Victoria’s Secret brendi ətrafında baş verən qalmaqalla bağlı açıqlama verib. O, sosial mediada paylaşdığı videoda öz təcrübəsindən və niyə bu tanınmış alt paltar markasının əvvəlki təsirini itirdiyindən danışıb.
Dergi.az xəbər verir ki, 32 yaşlı Vita Sidorkina Victoria’s Secret-in “mələyi” Romi Strajdın dəstəyini ifadə edib. Sidorkina, markayla 3,5 illik əməkdaşlıqdan sonra işdən çıxarıldığını xatırladıb. Model, “özünü kifayət qədər arıq və ya yaxşı hiss etmədiyini” bildirib.
Sosial mediada Sidorkina Victoria’s Secret-in bədən pozitivliyi dalğasına qoşulmasını “səmimi” hesab etmədiyini qeyd edib. O, digər brendlərin, məsələn, Rihanna’nın Fenty markasının müxtəlif bədən formalarını dəstəklədiyini və bununla bağlı konkret məqsəd daşıdığını vurğulayıb.
Sidorkina Victoria’s Secret-in modelləri influenserlər və məşhurların uşaqları ilə əvəz etməsini tənqid edib. Brendin əvvəlki uğurlu formulunu tapmağa çalışdığını, lakin bunun artıq mövcud olmadığını bildirib.
Victoria’s Secret-in Romi Strajdın açıqlamalarından sonra böyük bir qalmaqala səbəb olduğu xatırlanır. Sosial mediada brendə qarşı boykot elan edilib.
