İyulun 12-si Xalq artisti Miri Yusifin konsertinin ilk günü baş tutub.
Dərgi.az xəbər verir ki, Yaşıl Teatrda reallaşan gecədə sənət adamları, Xalq artistin ailə üzvləri, qazilər və “YAŞAT” Fondunun dəstəyi ilə şəhid ailəsi üzvləri qonaq qismində iştirak ediblər.
Sənətçi səhnə dekorasiyası, səhnə işıqları, rəqslərlə gecəyə xüsusi hazırlaşdığını sübut edib. Gur işıqların arasında səhnəyə çıxıan Miri Yusif “Mən heç kiməm” mahnısını ifa edib. Ard-arda sevilən mahnılarını səsləndirən müğənni tamaşaçılarla söhbət etməyi də unutmayıb. O tamaşaçılara təşəkkürünü bildirərək onların sevgisinin önəmindən bəhs edib.
Miri Yusif ailə üzvlərinə , valideynlərinə və ruh əkizlərinə səalənərək onların dəstəyini daim hiss etdiyini də vurğulayıb.
Qeyd edək ki, iyulun 13-14-ü də Yaşıl Teatrda Miri Yusif konserti baş tutacaq.
Şərhlər