Amerikalı aktrisa Zendayanın Fransa səfəri zamanı ölkənin birinci xanımı Bricit Makronla görüşərkən ayağa qalxmaması tənqid edilib.
Dergi.az xəbər verir ki, aktrisa “Euphoria” serialının ulduzu olaraq ön cərgədə oturarkən, milyarder Bernard Arno və Bricit Makron onun yanına yaxınlaşıblar.
Arno birinci xanımı aktrisaya təqdim edib. Zendaya isə oturduğu yerdən qalxmadan gülümsəyərək Bricit Makronla əl sıxıb.
Bu davranış sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
