Rusiyalı dizaynerlər Alena Axmadullina və Mark Eydelşteyn Honq Konqda keçirilən Discover Moscow Fashion Show moda nümayişində iştirak ediblər.

Dergi.az xəbər verir ki, tədbir Honq Konq Saray İncəsənəti Muzeyinin podiumunda baş tutub. Tədbirin kreativ direktoru Yekaterina Muxina bildirib ki, layihə iki həftə ərzində hazırlanıb. Prodüser Artom Krivda olub və podiumda Ruban, Alena Axmadullina, Yudaşkin, SASHAVERSE, Walk of Shame, Roqov kimi 26 rusiyalı dizaynerin əsərləri təqdim edilib.

Mark Eydelşteyn Honq Konqa gedərkən “Monastır” serialında “ləğv edilmiş” həmkarı, bloger Nastya İvleyeva ilə görüşüb.