Rusiyalı model Anastasiya Reşetovanın ikinci övladını dünyaya gətirməyə hazırlaşdığı barədə xəbərlərdən sonra uşağın atası ilə bağlı yeni iddia ortaya çıxıb.

Dergi.az xəbər verir ki, anonim “Adolfino Berluskoni” “Telegram” kanalı modelin övladının 30 yaşlı biznesmen Valeri Tsvəkdən olduğunu iddia edib.

Kanalın məlumatına görə, Reşetovanın əvvəlki sevgilisi Vladislav Abramyan onun Valeridən hamilə olduğunu öyrəndikdən sonra münasibəti bitirib.

Qeyd edək ki, daha əvvəl Anastasiya Reşetovanın Ermənistan diasporunun rəhbərlərindən birinin oğlu Vladislav Abramyanla münasibətdə olduğu və ikinci övladının atasının da məhz onun olduğu barədə məlumatlar yayılmışdı.

Yeni iddiada isə Valeri Tsvəkin 30 yaşında olduğu və Donetsk şəhərində doğulduğu bildirilir. Onun şəxsi həyatı ilə bağlı mediada geniş məlumatın olmadığı qeyd edilir.

Anonim kanal həmçinin Tsvəkin keçmişi ilə bağlı müxtəlif iddialar irəli sürüb və onun Moskvada mühafizəçilərlə hərəkət etdiyini yazıb.

Qeyd: Anastasiya Reşetovanın övladının atasının kimliyi ilə bağlı bu məlumatlar hazırda anonim Telegram kanalının iddialarına əsaslanır və rəsmi şəkildə təsdiqlənməyib.