“Qız atası” serialının niyə başa çatdığı illər sonra açıqlanıb.

Dergi.az xəbər verir ki, layihənin rəhbəri Elməddin Cəfərov “Pozan Media”ya müsahibəsində serialın maraq azlığından deyil, maliyyə problemi səbəbindən dayandırıldığını bildirib.

Cəfərovun sözlərinə görə, layihə yayımlandığı dövrdə yüksək reytinq göstəricilərinə sahib olub və hətta bağlandığı gün də reytinq cədvəlində ilk beşlikdə yer alıb.

“Şənbə günləri teleməkanda birinci idik. Bağlandığı gün belə reytinq cədvəlində ilk beşlikdə yer alırdı. Lakin birdən-birə bütün sponsorlar maliyyəni kəsdi. Şəxsi imkanlarım hesabına layihəni davam etdirmək isə mümkün deyildi”, – deyə aktyor bildirib.

Beləliklə, tamaşaçıların marağını qoruyan serial maliyyə dəstəyinin kəsilməsi səbəbindən ekranlarla vidalaşıb.

Dergi.az