Türkiyəli aktrisa Beren Saat ard-arda səhnə təklifləri alır. Bildirilir ki, bəzi təkliflər 2 milyon TL-ə qədər yüksəlib.

Dergi.az xəbər verir ki, Müge Dağıstanlı yazısında aktrisanın son zamanlar sosial mediada ‘Capitali Zoo’ mahnısı ilə diqqət çəkdiyini qeyd edib. Bu səbəbdən Beren Saatə səhnə təkliflərinin artdığı bildirilir.

Yazıda vurğulanır ki, aktrisa üçün bir gecədə 2 saat səhnədə olmaq və eyni məbləği qazanmaq daha cəlbedici və rahatdır.