Almaniyada vəfat edən azərbaycanlı Əməkdar artist, bəstəkar Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək.
Dergi.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Media, kommunikasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı bu barədə məlumat yayıb.
Bildirilir ki, Azərbaycan Diasporuna Dəstək Fondu və Almaniya Azərbaycanlıları Alyansı mərhumun nəşinin Azərbaycana gətirilməsi üçün zəruri işləri həyata keçirir.
Arif Mirzəyev 1944-cü ildə Bakıda anadan olub və Qara Qarayevin sinfində bəstəkarlıq təhsili alıb. O, “Yanvar passion”, “Xocalı uşaqları üçün Layla” və “İ.S.Baxın xatirəsinə orqan simfoniyası” əsərlərinin müəllifidir.
