Amerikalı müğənnilər Brandy və Monica Las Veqasda yeni konsert proqramı elan ediblər.
Dergi.az xəbər verir ki, cütlük “Dancing with the Stars” proqramında “The Boy Is Mine” mahnısını ifa etdikdən sonra, gələn ilin may ayında Resorts World Las Vegasda “The Boy Is Mine Tour” adlı konsert proqramına başlamaq niyyətində olduqlarını açıqlayıblar.
The Black Promoters Collective təşkilatının verdiyi məlumata görə, Brandy və Monicanın ilk dəfə baş tutacaq konsert proqramı onların fərdi kataloqlarını, musiqi tarixçələrini və nəsilləri birləşdirən zamansız mahnılarını nümayiş etdirəcək.
Onlar 29 maydan 17 iyul tarixinədək 10 konsert verəcəklər. Biletlər 20 noyabrdan etibarən satışa çıxarılacaq.
Brandy və Monica daha əvvəl 2025-ci ildə “The Boy Is Mine Tour” adlı birgə turneyə çıxmışdılar.
